Powered By Blogger

вторник, 13 сентября 2011 г.

Milli dəyərimiz - mentalitet!


Mentalitet - bu milli dəyərimizi tanımaq, onun bütün ağlagələr-gəlməz növləri ilə  yaxından tanış olmaq istəyən gəlsin Odlar Yurduna!

 Mentalitet - ana-bacı mövzuları gedən söhbətlərdə şir kimi nərə çəkib, sinəsinə döyən qaqaşlar, yanından ötüb keçən qızı baxışları ilə soyunduran, nömrəsini deməyə tez fürsət tapanlardan (050 vəya 055 olduğunu da deməyi unutmayan),

Mentalitet - dayanacaqda ictimai transportu gözləyən xanımın yanından 07-də oturub: "gəl otur, aparım səni" - deyən "düşüncəli" qaqaşdan,

Mentalitet - 20-22 yaşlı qız övladları olan, elə o yaşda olan qızlarla keyf-damağla gecə keçirən harın-harın, yekə qarın dayılardan,

Mentalitet - Xocalıda yağı düşmən adlandırdığı heyvanların zorladığı qızı, bacısı, həyat yoldaşı dediyi bir qadını qəbul etməyən əclaf qohumlardan,

Mentalitet - bizim fədakar millətimizin nümayəndələrinin ilk növbədə özünü yox, qonum-qonşularının onun haqqında nə düşündükləri əsasında özünə həyat qaydalarını yazıb və bu qaydalarla yaşayan vətəndaşlarımızdan,

Mentalitet - boşanmış qadının bir daha ailə quracağına məsumcasına ümid bağlayan və elə buna görə də əxlaqlı olduğunu ətrafdakılara göstərmək üçün başına örtük bağlayan zavallıdan soruşun.

Yaşlı və gənc nəslin xanımları maskalarınızı çıxarın!

Cənablar, sizin işiniz lap ağır olacaq...

Cənablar, maskalarınızı çıxarın... və birdə NAMUS, QEYRƏT rəmzi sayılan, dediyiniz o BƏY papaqlarınızı başınıza qoyun! (təbii əgər belə papağınız varsa) Amma bunu etmədən öncə papaqlarınızı qarşınıza qoyub düşünün... Sizlər üçün dəyəri olan birşey varmı?! Siz özünüz kimsiniz və hansı məqsədlə nəfəs alırsınız...