Powered By Blogger

вторник, 1 ноября 2011 г.

İrgənirəm!





Günü gündən yeniləşən paytaxtından;  tarixindən, irsindən dəm vuran“oğullardan”; 
Məmməd Əminin, Zeynəlabdinin buraxdığı  izləri, ilim-ilim itirən “oğullardan” irgənirəm!
Hər gün bir bayram qeyd edən, fişənglərə ağzı ayrıq baxan, tarixini unudan “köçkünündən” irgənirəm!
Rəqabəti yaltaqlıqla aparan,taaa adi işçisindən tutmuş Milli məclisindəki ulduzadək, təbəqəsi fərqlənmədən “milli ulusuna” tərif edən “ağ saqqaldan” irgənirəm!
Arvadını evdə təpikaltı edib, “Evə çörək gətirən mənəm” – düşünən, kənardasa fahişəylə gün keçirib, əxlaqdan, islamdan dəm vuran, bığı burma oğraşlardan irgənirəm!
Hardasa bir çadrada, ucqar dağda, aranda 12 ayın 3-də bir, işıq-su-qaz görən ya görməyən, qaranlıqda həyatını tapşıran, 40-da “xoşbəxtlikdən” “milli bayram gününə” təsadüf etdiyindəsə... “doğma baba-oğula” uzun ömür diləyən  “igid-ərlərindən” irgənirəm!

Xəzərə üz vurdum...
İçimdəki çirkabı öskürüb qusmaq istədim. Xəzər belə məndən üz döndərdi, dalğalandı, bozardı: “Korsan, nəsən?! Zibiliniz onsuz boğur artıq məni, görmürsən?
Arxaya bax! Odur, yeni tarixi rəmziniz – fəvvarələr!
Rəngarəng, sizin kimi süni coşan fəvvarəyə tök içindəki çirkabı!
Axı siz süniliyə dəyər, qiymət verən millətsiniz. Get, qızım, get!” deyə, yola verdi Xəzər məni...

Ana Vətən, can verirəm,
Rəhmin gəlsin bizə!
İgidlərin yola düşür gedər-gəlməzə
Heçdən xəstəliyə, gülləyə tuş gəlir onlar
Yalvarıram, qurda qurban vermə bizi
Can verməyə qoyma bizi,
Yalvarıram, nadanlığa qurban vermə bizi...

Комментариев нет:

Отправить комментарий