суббота, 5 ноября 2011 г.

“Vətən” adına verilən qurbanlarımız...


 Qurban Bayramı yaxınlaşır və hamı, təbii olaraq bu bayrama hazırlaşır. Bayramın tarixçəsindən məlumdur ki, bu bayram ərəfəsində insanı deyil, qoyunu qurban gətirmişlər. Bu il isə hər şey fərqli oldu. Əsgərlərimiz qurban verilir. Onlardan bir neçəsi onlarla düşməni öldürdü, bir müddətdən sonra Vətənin yetişdirdiyi digər “qüdrətli oğulları” nəhayət ki, onun cəsədini geri ala bildilər. Mübarizlə yanaşı digər bir əsgərimizi də, Fəridi də torpağa tapşırdıq. Amma nədənsə tək Mübarizə Milli Qəhrəman adı verildi. Milli Qəhrəman adı verilən mərasimdəsə Fəridin anası tək, boynu bükük küncdə qaldı...çoxmu gördülər bu təsəllini ona verməyə? Yoxsa bu adı vermək üçün "N" qədər vəsait lazımdı? Yoxsa bu adı almaq üçün xüsusi işgəncələrə məruz qalmaq, müəyyən bir sayda düşmən öldürmək lazımdır? Deyəsən bu adın da artıq xüsusi prays-listi var axı deyəsən...Digər əsgərlər isə hərbi hissədə bir-birini güllələyib qırır, sonra da necə istintaq aparılır, sonu nə ilə bitir bəlli olmur. Olmayacaqda! Digər bir əsgərimiz isə tibbi məhkəmə ekspertizasının ortaya çıxardığı gülünc nəticədə deyilirki, guya yaxın keçmişdə yaşanan müharibə dövründə qıtlıq olduğuna görə, əsgərimiz lazımi qədər zülallı qida almamış və bu səbəb onun bu vəziyyətdə belə tez dünyasını dəyişməsinə gətirib çıxarıb...

 Bayram yaxınlaşır, hamı bayrama hazırlaşır və Baş bilənlərdə öz növbələrində bu münasibətlə xalqını təbrik edirlər. Və beləliklədə kor-koranə millət “işıqlı” gələcəyə ümid bəsləyir. Özünü Qafqaz şeyxülislam adlandıran şəxs, öz imarətgahında sülaləsini başına yığıb, qoyunları qoşa-qoşa kəsdirir. Qoyunu kəsdikən sonrasa isti qanından nəvələrinin alnına çəkir (bu adətin nə məna verdiyini heç vaxt bilməmişəm). Nə gözəl mənzərədir! Lakin balasını nəyə, kimə qurban verdiyini belə bilməyən, boynu bükük ata isə balasının cansız bədənini, heç vaxt dəbdən düşməyən ağ kəfəndə, çiynində son mənzilə aparır...
 Əsgərlərimiz “atəşkəs” rejimində səssizlik güllələrinə tuş gəlir bir-bir...  dostlardan biri demişkən: “Azərbaycan əsgərini ermənidən başqa hər şey vurur: Gün vurur, ildırım vurur, şaxta vurur, öz əsgər yoldaşı vurur, təkər vurur, elektrik vurur, xəstəlik vurur, rejim vurur! 89 oldu!” (c)
 Qarşıda hələ Bayraq günü var, Həmrəylik Bayramı var və təbii ki Yeni İl də var. Biz axı sevirik hər yerdə “sanballı” addımlamağı, Yeni ilə də qurbanların sayı biraz da artsa...vay o günümüzə...

P.S. belə bir fikrim var – Qurban Bayramı ərzində “Vətən” adına verilən qurbanların şəklini facebook sosial şəbəkəsində profil şəkli kimi qoyaraq onları belə yad edək ən azından... Bu il biz bayrama qoyun deyil, gənc oğullar qurban verdik...
Başın sağ olsun, VƏTƏN və “VƏTƏN”...



Комментариев нет:

Отправить комментарий