Powered By Blogger

пятница, 16 декабря 2011 г.

Etirafdan daha çox...



Əvvəlcə bu haqqda yazmağı düşünmürdüm, amma sonra nəsə fikrimdən daşındım və bir-iki cümlə yazmaq istədim. Yalnız bu bloqda həm öz etiraflarım, həm də yaxın bildiyim şəxslərin etirafları yer alacaq. Dostlar hansı formatda mənə etiraflarını yazıblarsa, eləcə də onları burda yerləşdirəcəm, rus, türk, özbək dilində, smaylikli-smayliksiz necə yazılıbsa. Onuda qeyd edim ki, dostlarımın etiraflarını eşitdikcə, özüm üçün onların xarakterlərinin kiçicik bir hissəsini aşkara çıxardım ;) 
Ən birinci və sonuncu isə mən mənfi müsbət təsir göstərən etiraflar yer alacaq. İndi isə keçid alaq etiraflara:

- sənə niyə yazmalıyam ki? Özüm bu haqqda yazı yazacam (hər hansı bir etirafını yazmasını xahiş etdiyimdə aldığım cavab...- bunu da bir etiraf hesab etmək olar);
- mən etiraf edirəm ki, ölməkdən qorxmuram; etiraf edirəm ki, son zamanlar məndən çoxlarının xoşu gəlmir; - - etiraf edirem ki, qəddarlaşmışam; etiraf edirəm ki, elə gecələr olub ki, yatıb ayılmamaq istəmişəm;
- etiraf edirəm ki, uşaq vaxtı sevdiyim qızlardan birini hələ də unutmamışam;
- etiraf edirəm ki, kin saxlamağa pis xüsusiyyət hesab edirəm, amma özüm də kinli bir insanam...
- etiraf edirəm ki, heç vaxt narkotikdən zövq almamışam)));
- etiraf edirəm ki, məni qadına cəlb edən ancaq onun ətiridir, yəni iyisi;
- etiraf edirəm ki, bu günədək hələ heç bir qadına kompliment deməmişəm ;)
- etiraf edirəm ki, işdə bir şəxs var, sözləri uzada-uzada danışır buda məni özümdən çıxarır...onu mənə versələr......
- etiraf edirəm ki, mən xiyaram =)
- etiraf edirəm ki, nə vaxtlarsa Santa Barbara serialında Meyson rolunu oynayan aktyoru dəlicəsinə sevmişəm :)
- etiraf edirəm ki, sevirəm və eyni zamanda ona nifrət edirəm, həmdə 5-10 ildən sonra Bakının küçələrində onun tanış profilini görməkdən qorxuram;
- Всегда мечтал встретить тебя в Венеции…

Mənim etiraflarım:
- özümü 2011-ci ilin əvvəli ilə sonunu müqayisə etdikdə çox dəyişildiyimi etiraf edirəm;
- şərəfli bir ölümlə dünyanı tərk etmək istədiyimi etiraf edirəm;
- etiraf edirəm ki, ictimai sektorlarının hələki öz fikirləri formalaşmayan gənc üzvləri mənə bəzən Skinhead qruplarının gəncəcik üzvlərini xatırladırlar;
- etiraf edirəm ki, Etibarın ictimai sektorla bağlı yazdığı bir fikri ilə tam razıyam;
- etiraf edirəm ki, bir dəfə Rusiayaya gedərkən piyada olaraq qeyri-qanuni yolla sərhədi keçərkən sərhədçilər tərəfindən saxlanılmışam;
- etiraf edirəm ki, bu cəhdi digər üsulla təkrarlayıb başqa bir sənədlə sərhədi keçməyə nail olmuşam :)

p.s. öz sənədlərim qaydasında olsa da ölkəni tərk edə bilməzdim, bütün ailəm Rusiyada olduğundan burada da qala bilməzdim. Indi özünüz başa düşün də...)))

Комментариев нет:

Отправить комментарий